De Bröyne Səudiyyə Ərəbistanına keçidi ehtimalından danışdı

“Mançester Siti”nin belçikalı yarımmüdafiəçisi Kevin De Bröyne Səudiyyə Ərəbistanından hər hansı bir kluba keçə biləcəyi ehtimalı ilə bağlı sualı cavablayıb.

Sports.az belçikalı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Siti”də qalacağammı? Hə, bəli… Səudiyyə Ərəbistanına keçidlə bağlı çoxlu xəbərlər oxumuşam, amma heç kimlə danışmamışam. Yaxşı təklif gəlsə və “Pep”ə getmək istədiyini söyləsən, bu, mümkündür. Başqa klublarda hər şey fərqli ola bilər. Amma mən heç vaxt ayrılmaq istədiyimi deməmişəm.
Kifayət qədər pulum var. Amma çılğın bir məbləğ daxil olsa, o mənim ailəmə, qohumlarıma, nəvələrimə, nəticələrimə və dostlarıma hesablanacaq”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar