Sane İspaniya yığmasına qarşı əsas heyətdə meydana çıxa biləcəkmi?

Almaniya yığmasının sağ vingeri Leroy Sane İspaniya yığması ilə 2024-cü il Avropa çempionatının ¼ final oyunu üçün baş məşqçi Yulian Nagelsmanın bundestiminin başlanğıc heyətinə düşmək imkanlarını qiymətləndirib.

Sports.az alman futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Deyə bilərəm ki, hələ Cümə günü ilk dəqiqələrdən oynayacağımdan əmin deyiləm. Son bir həftə ərzində yaxşı məşq etdim və Danimarka yığması ilə oyuna (2:0) başlamağa çox sevindim. Yaxşı olardı ki, bu uğurun üzərində dayana bilim və meydanda azacıq daha çox vaxt keçirə bilim”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar