Kroos Almaniya yığmasına niyə qayıtdığını açıqladı

Almaniya yığmasının yarımmüdafiəçisi Toni Kroos bundestimin heyətinə qayıdışının səbəbini açıqlayıb.

Sports.az alman futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Milli komandaya qayıtmağım Avropa çempionatını qazanmaq məqsədi ilə bağlı idi. İmkanımızın olmadığını düşünsəydim, geri qayıtmazdım. Əhəmiyyətli oyunlar güclü yarımmüdafiə sayəsində qazanılır. Bu bölgədə ağalıq edən komandanın uğur imkanı daha böyükdür”.

Xatırladaq ki, Krooslu Almaniya yığması ötən gün AÇ-2024-ün 1/4 finalı çərçivəsində İspaniya millisinə uduzaraq mübarizəni dayandırıb. Bununla da Kroos futbolçu karyerasını nöqtələmiş olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar