Materatsi Rusiya komandaları ilə oyunları xatırladı
“İnter”in keçmiş mərkəz müdafiəçisi Marko Materatsi Rusiya komandaları ilə keçirdiyi oyunları xatırlayıb.
Sports.az italyan sabiq futbolçunun bu barədə xatirəsini təqdim edir:
“Deyəsən, 2002-ci ildə “Lokomotiv”lə oyun idi və biz 0:3 hesabı ilə uduzmuşduq, burada çox soyuq idi (2003/2004-cü illər mövsümünün Çempionlar Liqasının qrup mərhələsinin oyunu – redaktorun qeydi). Üç qol vuraraq bizi evə yola saldılar. Sonra Kuperlə çempionluğu uduzduq, həmin həftə isə bizim üçün təlatümlü oldu.
Moskvadakı, CSKA-ya qarşı ¼ finalı xatırlayıram. Biz bura evdə 1:0 hesablı qələbədən sonra gəlmişdik (Çempionlar Liqası 2009/2010-cu illər mövsümü – redaktorun qeydi). Burada erkən qol vura bildik, bu, Sneyder idi. Orada qapıçı xətası vardı”, deyə Materatsi xatırlayıb.