Futbol
“Xabi həmişə əsas namizəd olaraq qaldı”
06.07.2024 | 13:30
“Bayer”in idman direktoru Simon Rolfes Leverkuzen klubunun ispan mütəxəssis Xabi Alonsonu baş məşqçi təyin etmək seçimini izah edib.
Sports.az alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Oyunları izlədik, sonra araşdırdıq və onunla işləmiş tanıdığım insanlardan tövsiyələr aldıq. Biz bu adamın necə biri olduğunu anlamağa çalışdıq, bütün bu məqamları araşdırdıq və sonra şəxsi müsahibə apardıq. O, hər zaman siyahımızın başında olub. Etdiyimiz hər sınaq həmişə onun öndə olduğunu təsdiqləyirdi. Siyahı qısaldıldı, Xabi isə həmişə əsas namizəd olaraq qaldı”.