Bennaser Milandan Səudiyyə Ərəbistanına köçə bilər

“Milan”ın 26 yaşlı dayaq yarımmüdafiəçisi İsmael Bennaser karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sports.az xəbər verir ki, Əlcəzair yığmasının futbolçusu Səudiyyə Ərəbistanı liqasına keçməyə hazırdır.

Futbolçunun müqaviləsində satınalma maddəsinin olduğu bildirilir. Eyni zamanda, müqavilə hər iki tərəfə uyğun gəlməsə, Bennaser “Milan”da qalmağa hazırdır.

Vurğulanır ki, bu ehtimala rəğmən, Bennaserin “rossoneri”nin düşərgəsinin tərk edəcəyi ehtimalı yüksəkdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar