DÇ-2022: İçki içə, istədiyiniz kimi geyinə bilərsiz

Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı bu ölkənin hakimiyyətinin qadağalar tətbiq etdiyi barədə məlumatlar yayılıb. Yayılan məlumatlarda qeyd edilir ki, Qətərdə spirtli içkilərin qəbulu, açıq-saçıq geyinmək qadağan edilib.

Sports.az xəbər verir ki, Qətər hakimiyyəti bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, yayılan məlumatın heç bir əsası yoxdur:

“İnternetdə yayılan məlumatların reallıqla heç bir əlaqəsi yoxdur. Yanlış və hətta yalan məlumatlar ehtiva edir. Yalnız rəsmi mənbələrindən məlumat əldə etməyi tövsiyə edirik”.

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar