Futbol
“Bayern”in Noyerlə bağlı qərarı məlum oldu

09.12.2024 | 22:55
Məlum olduğu kimi “Bayern”in alman veteran qapıçısı və kapitanı Manuel Noyerin Münhen klubu ilə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Sports.az xəbər verir ki, bu yaxınlarda Almaniya Kubokunda “Bayer”lə oyunda 38 yaşlı qapıçı karyerasında ilk dəfə qırmızı vərəqə alıb və bundan sonra tənqidlərlə üzləşib.
Oyun “Bayern”in 0:1 hesablı məğlubiyyəti və yarışdan kənarlaşdırılması ilə başa çatıb.
Noyerin zədələrinə və hazırkı qeyri-müəyyənliyə rəğmən, “Bayern” rəhbərliyi hələ də veteran qapıçısı ilə müqaviləsinin müddətini uzatmaq niyyətindədir.
Son xəbərlər