Zəfər yolu

Zəfər yolu

Uğurun təməli -  getdiyin yolu bilməyindədir!

Məşqçi psixologiyaları fərqli olur. Hər birinin öz futbol fəlsəfəsi, taktiki gedişləri, oyuna yanaşması... Xarakterlər müxtəlif olsa da, uğur qazanan məşqçi/mütəxəssisləri ruhən birləşdirən önəmli məqamlar var -çalışqanlıq,  yaradıcılıq, qətiyyət, liderlik, baş əyməmək, dözümlülük, səbr...

Əsl liderlər heç vaxt bəhanələr gətirməzlər, dedikləri də obyektivliyə söykənər, yollarından dönməzlər. Liderləri çox vaxt sevməz, qəbul etməzlər, onlara qarşı hər zaman "plan"lar qurular... Azərbaycan futbolunda olduğu kimi...

Çerçesov öz ölkəsində məşqçi kimi çox şişirdilir. Müasir dövrdə keçərli olan yaxşı reklamı var. Bir həftə öncə, "Ferentsvaroş"la qarşılaşmalardan əvvəl rusiyalı mütəxəssislə görüşlərimizdən, məşqçi fəlsəfəsindən qeydlər apararaq dəyərli oxucularla bölüşmüşdüm...

"Belə məşqçilərə qarşı matçda yumşaq yanaşılmamalıdır... Çerçesovun başçılıq etdiyi komandalarda aqressiv oyun, mübarizə, dinamika üstünlük təşkil edir. 

"Qarabağ" - "Ferentsvaroş" qarşılaşması iki baş məşqçinin taktiki, psixoloji dueli olacaq. Təmkinli Qurban Qurbanov, emosional Stanislav Çerçesov... 10 il öncə rəhmətlik Böyükağa Hacıyevin oyundan sonra gülə-gülə dediyi kimi: "Что, Стас, думал победишь нас"? (elə bilirdin bizi udacaqsan?).

"Qarabağ" artıq Avropada böyük təcrübəyə malikdir, futbolçular meydanda nə etdiyini bilirlər... Yenidən Çerçesovun öz qapısında 3 top görməsi arzusu ilə... Bu dəfə "Ferentsvaroş"la birgə"...

Çerçesov yenə öz qapısında 3 top gördü.

Qurban Qurbanovun məşqçilik bacarığını, nələrə qadir olduğunu əzbər bilirik. Onlarla qarşılaşmalarımız olub. Rəhmətlik Böyükağa Hacıyev yerli gənc məşqçilərə həmişə hörmətlə yanaşb, nəticələrdən asılı olmayaraq dəstək verib. Bizim işimiz futbolumuza yuxarıdan aşağı baxan əcnəbilərlə idi...

Bu psixologi yanaşma boşuna deyil, ölkə futbolunda tüğyan edən əcnəbi sevgisinə üsyandır! Yerlilərə qarşı, "Azərbaycanda mütəxəssis/məşqçilər, ümumiyyətlə futbol yoxdur" adıyla təqib yaşanır. Belə şəraitdə mübarizə aparmaq, nəticə göstərmək asan iş deyil, dözülməzdir!

Buna baxmayaraq milli ruh, Vətən sevgisi ilə dözülür, sübut olunur, Avropada Afrikanın çəngəlliklərindəki kimi çığırlar açılır, yol çəkilir.
Budapeştdə XTQ-futbolçularımız məşqçi-generalın mükəmməl hazırladığı plan üzrə ilk dəqiqələrdən birnəfəsə sanki Şuşa qayalarını dırmaşaraq Qalanı azad edirdilər...

Zəfər yolu... həm düşmənlə döyüşdə, həm də yaşıl meydanlarda.... Şuşa, Varşava, Sürix, Budapeşt...  

Yaxın illərin, ayların birində Qurban Qurbanovun dəvəti ilə görüşdük, yenidən halal çörək kəsdik, çay süfrəsi ətrafında saatlarla dərdləşdik, fikir mübadiləsi apardıq. Çoxdandı görüşmürdük, ürəklər dolu idi... Futbolumuzun uzaq tarixindən bu günlərə kimi söhbətləşdik...

Böyükağa Hacıyev Əhməd Ələsgərovu özünə müəllim bilirdi. Azərbaycan futbol tarixində rəhmətlik Əhməd müəllimin məşqçilik istedadı şəksiz qəbul edilir. Buna layiqdir!
Qurban müəllimlə səmimi söhbətimizdə, "müasir futbolumuzun Əhməd Ələsgərovusan artıq", dedim... Gözləmirdi, təvazəkarcasına: "Əhməd müəllimə çatmağımıza hələ çox var", dedi...

Qurban Qurbanov oyundan sonra böyüklük göstərərək qalib gəldiyi Stanislav Çerçesovun futbolçu-məşqçi kimi daha zəngin karyeraya sahib olduğunu bildirib. Böyük düşünərək böyük qələbələr qazanılır... 

Azərbaycan futbolunda böyüklərə layiq olduqları dəyər verilsəydi, daha böyük nəticələr qazanılardı!

Böyük qardaşımızın özünə ustad sandığı Əhməd Ələsgərov, ruhunuz şad olsun, Azərbaycan məşqçilik məktəbi möhkəm, layiqli əllədədir. Qurban Qurbanov sadəlik göstərsə də, Azərbaycan futbolu adına zirvələr fəth edib!

Bu yolda Qurban Qurbanova güvənən, dəstək verən Abdulbari, Tahir Gözəl ailəsi, Əmrah Çəlikəl, Asif Əsgərov, Şahid Həsənov, dünən Nurlan İbrahimov, bu gün Gündüz Abbaszadə, mərd Əli Rəhmanov yadigarı Elçin Rəhmanov, düzlüyü ilə seçilən Zaur Tağızadə, "Imarət"dən bu günlərə kimi "Qarabağ"da tər tökən Müşviq Hüseynov, sakit ruhu ilə qapıçılara inam verən Elxan Həsənov... bütün məşqçilər korpusu, "Qarabağ" kollektivi...

Qurban Qurbanovun futbolçuları pik həddə çatdıran, bacardıqlarından da artığını edən, günü-gündən böyüyən böyük KOMANDASI...
 
Azərbaycan futbolu adına hər birinizə təşəkkürlər...

Davamı gəlsin...

Son xəbərlər
“9 oyuna 2 qələbə “Neftçi” üçün azdır” - Samir Abasov
“Qarabağ” “Şamaxı”ya qarşı - YENİLƏNİR
Azərbaycan sablyaçısı Bolqarıstanda bürünc medal qazanıb
Şəkidə UEFA-nın D kateqoriyalı məşqçi kursu başa çatıb
MY “Sportinq”inin yarımmüdafiəçisi ilə maraqlanır
“Şəkidə asanlıqla məğlub olmuruq” - Meriç
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı rəqibləri bəlli oldu
“Komanda hələ tam formalaşmayıb” - Baxşıyev
Asllani “Hoffenhaym”dan ayırla bilər
Yeniyetmə sablyaçılardan Gürcüstanda 4 medal
“Leypsiq” Verneri az qala havayı buraxmağa hazırdır
Turun son oyununda “Şəki” sevindi
"Kəpəz"də "Gəncənin futbol əfsanələri" şurası yaradılıb
Azərbaycan karateçiləri Gürcüstanda 2 medal qazanıblar
AFFA-da “Futbolda Uşaqların Hüquqlarının Qorunması” mövzusunda seminar
Krivotsyukun komandasından inamlı qələbə
Lənkəran “Xəzər”i və millimizin veteranları yubiley matçında qarşılaşıblar
Azərbaycan boksçularından Avropa çempionatında 8 medal
PSJ yarımmüdafiəçisi ilə müqaviləsini yeniləməyə qərar verdi
Azərbaycan idmançısı Çində 6-cı oldu
Kenan Yıldız hansı kluba qismət olacaq?
Abdullazadənin komandası evdə uduzdu
Albaniyada Azərbaycan derbisi qolsuz bitdi
“Araz-Naxçıvan”ın futbolçusu əməliyyat olundu
Millimizin üzvü oynadı, komandası darmadağına sevindi
4-cü tura yekun vurulur
Günün oyunları – TV
PSJ qapıçısına əvəedici axtarır
“Barselona” Fati ilə bağlı qərar qəbul etdi
Xabi Alonso Kilian Mbappeyə olan tələbini açıqladı
DAHA ÇOX

Ən çox oxunanlar