Avropa ikincisi olan milli komandamız Bakıya qayıtdı

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında çıxış edən Yunan-Roma güləşçilərimiz artıq Vətənə qayıdıblar.

Sports.az xəbər verir ki, idmançılarımızı Heydər Əliyev adına hava limanında idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və azarkeşlər qarşılayıblar.

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) Avropa çempionatının qalibi olublar, Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Nihat Məmmədli (60 kq) isə bürünc medal qazanıb. Milli komanda hessbında yalnız Türkiyədən geri qalaraq ikinci olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar