Güləş/Cüdo
Güləşçilərimizdən “Zəfər kuboku”nun ilk günündə 6 medal
27.04.2023 | 23:50
Türkiyənin Antalya şəhərində yeniyetmələr (U-17) arasında "Zəfər Kuboku" start götürüb.
Sports.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın 6 güləşçisi fəxri kürsüyə qalxıb.
Qızların yarışında Günay Qurbanova (61 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
Yunan-Roma güləşində isə Turan Daşdəmirov (45 kq) və Əli Seyidəlili (51 kq) çempion olub. Nurlan İbadzadə (60 kq) gümüş, Roman Kərimovla (60 kq) Cavidan Nehmətov (71 kq) isə bürünc medal əldə edib.