Azərbaycan güləşçiləri üçün “Çempionlar” turniri

Aprelin 30-da Türkiyənin Antalya şəhərində gənclər (U-20) arasında "Çempionlar" turniri start götürəcək.

Sports.az xəbər verir ki, Azərbaycanı ənənəvi yarışda iki komanda təmsil edəcək.

Sərbəst güləş üzrə millimiz böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev və Əşrəf Əliyevin rəhbərliyi altında aşağıdakı heyətlə çıxış edəcək:

57 kq. Ruslan Abdullayev
61 kq. Ceyhun Allahverdiyev 
65 kq. Ramik Heybətov
70 kq. Cavidan Əhmədov
74 kq. Əkbər Vəliyev 
79 kq. Sadiq Mustafazadə 
92 kq. Rəvan  Musayev
97 kq. Zəfər Əliyev

Qadın güləşçilərin yarışında isə məşqçi Rövşən Umudovun rəhbərliyi altında aşağıdakı güləşçilər mübarizə aparacaq:

50 kq. Elvina Kərimzadə 
53 kq. Gültəkin Şirinova, Əsmər Cankurtaran 
55 kq. Ruzanna Məmmədova 
57 kq. Nərgiz Səmədova 
73 kq. Mərziyə Sadıqova 

Mayın 2-dək davam edəcək yarışda beynəlxalq dərəcəli hakim Xəzər Allahverdiyev də ədaləti qoruyacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar