Güləş/Cüdo
Azərbaycan çempionatı keçiriləcək
30.04.2023 | 11:29
Mayın 1-dən 4-dək ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş U-15 Azərbaycan çempionatı keçiriləcək.
Sports.az xəbər verir ki, 4 gün boyunca sərbəst və yunan-Roma güləşi üzrə Şağan Olimpiya İdman Kompleksində ümumilikdə 20 çəki üzrə ölkənin ən güclüləri müəyyənləşəcək.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil etdiyi çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 günündə isə yunan-Roma güləşi üzrə yarış baş tutacaq. Bu gün sərbəst, mayın 2-də isə yunan-Roma güləşi üzrə texniki iclas və püşkatma mərasimi keçiriləcək.
Milli və beynəlxalq dərəcəli hakimlərimizin idarə edəcəyi çempionatın görüşləri hər gün 10:30-da başlayacaq. Arenaya giriş sərbəstdir.