Güləş/Cüdo
Azərbaycan güləşçilərindən İslamiadada daha 7 medal
11.08.2022 | 23:31
Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəyliyi Oyunlarının güləş yarışlarının ikinci günündə təmsilçilərimiz daha 7 medal qazanıblar.
Sports.az xəbər verir ki, Leyla Qurbanova (53 kq) qızıl, Gözəl Zutova (72 kq) və İslam Bazarqanov (61 kq) gümüş, Əsgər Məmmədəliyev (70 kq), Hacımurad Ömərov (79 kq), Osman Nurməhəmmədov (92 kq) və Tatyana Omelçenko (62 kq) isə bürünc medala sahib çıxıblar.
Bununla da güləşçilərimizin İslamiadada qazandığı medalların sayı 13-ə çatıb. Daha əvvəl Azərbaycanın sərbəst və qadın güləşçilərindən Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Mariya Stadnik (50 kq) qızıl, Abubakr Abakarov (86 kq) və Alyona Kolesnik (59 kq) gümüş, Əliabbas Rzazadə (57 kq) isə bürünc medal qazanmışdı.