Azərbaycan cüdoçuları Parisdən 4 medalla qayıdır

Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa kubokuna yekun vurulub.

Sports.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanmışdılar.

Turnirin ikinci günündə isə -81 kq çəkidə Ömər Rəcəbli gümüş medal qazanıb. +100 kq çəkidə yarışan Kənan Nəsibov isə qızıl medal əldə edib.

Beləliklə, cüdoçularımız turnirdə ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında ikinci, ümumi komanda hesabında üçüncü yeri tutub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar