Güləş/Cüdo
Daha 2 cüdoçumuz dünya çempionatını medalsız bitirdi
11.05.2023 | 16:04
Azərbaycanın daha iki cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını medalsız başa vurub.
Sports.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev və Murad Fətiyev 1/8 final mərhələsində məğlub olublar. Onlar müvafiq olaraq Markus Niman (İsveç) və İvan Felipe Silva Moralesə (Kuba) yeniliblər.
Daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.
Dünya çempionatı mayın 14-də başa çatacaq.