Azərbaycan cüdoçularının qran-pridə ilk rəqibləri bəlli oldu
İyunun 1-də Tacikistanın paytaxtı Düşənbədə start götürəcək cüdo üzrə qran-pri turnirinin püşkü atılıb.
Sports.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan təmsilçilərinin də ilk rəqibləri məlum olub.
Kişilər
60 kq
Turan Bayramov - Artsiom Kolasau (Fərdi Neytral İdmançılar) / Doston Ruziyev (Özbəkistan) görüşünün qalibi
Rövşən Əliyev - Markus Auer (Avstriya)
66 kq
Yaşar Nəcəfov - Abduraxim Nutfulloyev (Özbəkistan) / Abderrahmane Bouşita (Mərakeş) görüşünün qalibi
Ruslan Paşayev - Martin Setz (Almaniya)
73 kq
İbrahim Əliyev - Abdulla Aliyev (Qırğızıstan)
Nurlan Osmanov - Vikas Dalal (Hindistan)
90 kq
Vüqar Talıbov - Yahor Varapayeu (Fərdi Neytral İdmançılar)
Elcan Hacıyev - Loris Tassiyer (Fransa)
+100 kq
Camal Qamzatxanov - Şakarmamad Mirmamadov (Tacikistan)
Qadınlar
48 kq
Leyla Əliyeva - Emi Platten (Böyük Britaniya) / Şuayşiya Han (Çin) görüşünün qalibi
Könül Əliyeva - Andea Stoyadinov (Serbiya)
52 kq
Gültac Məmmədəliyeva - Paulina Martines (Meksika) / Kseniya Daniloviç (Fərdi Neytral İdmançılar) görüşünün qalibi
Xatırladaq ki, Azərbaycan millisi yarışda 7 çəki dərəsində 9 kişi və 3 qadın cüdoçu ilə təmsil olunacaq.