Jalə Əliyevadan Bişkekdə bürünc medal

Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə Reytinq Seriyasının 3-cü mərhələsinə start verilib.

Sports.az xəbər verir ki, yarışın 2-ci günündə 2 qadın güləşçimiz mübarizə aparıb.

Jalə Əliyeva (57 kq) 1/4 finalda çinli Kexin Honqa 1:12 hesabıyla məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün Jalə axşam seansında türkiyəli Elvira Kamaloğlu ilə bürünc medal görüşünə çıxıb. Rəqibinə 8:4 hesabıyla qalib gələn Jalə üçüncü yeri tutub.

Elis Manolova (62 kq) ilk mərhələdə özbəkistanlı Dilfuza Aimbetovaya "tuş"la qalib gəlsə də, 1/4 finalda almaniyalı Luisa Niemeşə 1:2 hesabıyla məğlub olub. Rəqib finala yüksələ bilmədiyi üçün Elis mübarizəni dayandırıb.

Turnirdə birinci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyur.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar