“Bir az gec olsa da, istəyimə nail oldum” - Rafiq Hüseynov

"Komandanın gənc üzvlərinin də qızıl medala sahib olması məni sevindirir".

Sports.az xəbər verir ki, bunu Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olan yunan-Roma güləşçisi Rafiq Hüseynov Bakıda qarşılama zamanı jurnalistlərə açıqlamasında deyib.

82 kq çəki dərəcəsində çıxış edən idmançı güləş yığmasının doğru yolda olduğunu bildirib: "2017-ci ildə Bakıda keçirilmiş İslamiadada əldə edə bilmədiyim qızıl medalı indi qazandım. Bir az gec olsa da, istəyimə nail oldum".

34 yaşlı güləşçi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatına və Bakıdakı Dünya Kubokuna hazırlaşacaqlarını söyləyib: "Əldə etdiyimiz uğurları hər iki yarışda da təkrarlamaq istəyirik".

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar