Güləş/Cüdo
Azərbaycanın üç cüdoçusu “Böyük Dəbilqə”ni medalsız bitirdi
24.06.2023 | 10:42
Azərbaycanın daha üç cüdoçusu Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən “Böyük Dəbilqə”ni medalsız başa vurub.
Sports.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançılardan Nurlan Osmanov təsəlliverici görüşdə Vallteri Olinə (Finlandiya), İbrahim Əliyev eyni raundda yerli cüdoçu Erdenebayar Batzayaya uduzub.
81 kq-dakı Zelim Tçkayev ilk dueldə Conqhun Vona (Cənubi Koreya) yenilərək mübarizəni dayandırıb.
Daha əvvəl Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıb. “Böyük Dəbilqə” iyunun 25-də başa çatacaq.