Güləş/Cüdo
Azərbaycan güləşçiləri xatirə turnirində daha 3 medal qazandılar
24.06.2023 | 22:15
Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.
Sports.az xəbər verir ki, ənənəvi yarışın dördüncü günündə güləşçilərimiz 3 bürünc medal qazanıblar.
Sərbəst güləşdə 79 kq-da Orxan Abasovla Əşrəf Aşırov, qadın güləşində isə Nigar Mirzəzadə (65 kq) üçüncü yeri tutub.
Azərbaycan güləşçiləri əvvəlki günlərdə daha 7 medal qazanmışdılar.