Məmməlidən AÇ-də tarixi medal

Azərbaycanın yeniyetmə güləşçisi Esra Məmmədli Macarıstanın Kapoşvar şəhərində keçirilən U-15 Avropa çempionatında gümüş medal qazanıb.

Sports.az xəbər verir ki, 46 kq-da çıxış edən idmançı finalda yerli Mariya Jitovoza 0:7 hesabı ilə uduzub və qitə ikincisi olub.

Bununla da Məmmədli qadın güləşi üzrə U-15 Avropa çempionatları tarixində medal qazanan ilk Azərbaycan güləşçisi olub.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar