Güləş/Cüdo
Yunan-Roma güləşçilərindən 9 medal
06.08.2023 | 01:30
Avqustun 5-də Belarusda təşkil edilən 2-ci MDB Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarış keçirilib.
Sports.az xəbər verir ki, bu oyunlarda Azərbaycanı təmsil edən 10 yunan-Roma güləşçisindən 9-u fəxri kürsüyə qalxıb.
Məhəmməd Şükürzadə (60 kq), Ziya Babaşov (63 kq), Xasay Həsənli (77 kq), Murad Əhmədiyev (97 kq) və Sərxan Məmmədov (130 kq) gümüş, Tural Mehtiyev (55 kq), Həsən Məmmədli (67 kq), Elcan Məmmədov (82 kq) və Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal qazanıblar.
MDB Oyunlarında sərbəst güləşçilər avqustun 9-da, qadın güləşçilər isə ayın 13-də çıxış edəcək.