Güləş/Cüdo
Tsokayev dünya üçüncüsü oldu
15.08.2023 | 21:31
İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı davam edir.
Sports.az xəbər verir ki, bu gün 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər arasında medalçılar müəyyənləşiblər.
Azərbaycan güləşçilərindən Ali Tsokayev (79 kq) mundialın bürünc medalını qazanıb. O, iranlı Fərzad Saficahanşahiyə tam üstünlüklə (11:1) qalib gələrək dünya üçüncüsü olub.
Ruslan Abdullayev (57 kq) isə bürünc medal uğrunda görüşdə ermənistanlı Edik Harutyunyana məğlub olub - 4:8.