Azərbaycan hakimləri I kateqoriyaya yüksəldi

Azərbaycan güləş hakimliyi növbəti uğuruna imza atıb.

Sports.az xəbər verir ki, Dünya Güləş Birliyi (UWW) iyunun 12-dən 18-dək Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-17 Avropa çempionatında nəzəri və praktiki təlimlərdə etimadı doğruldan və görüşləri yüksək səviyyədə idarə edən Bəşir İsazadə və Həbib Nurulunun kateqoriyasını yüksəldib.

Gənc hakimlərimiz I kateqoriyalı hakim statusuna yiyələniblər. Bununla da bu kateqoriyaya sahib olan referilərimizin sayı 8-ə çatıb.

Qeyd edək ki, güləşdə beynəlxalq dərəcəli hakimlik 4 kateqoriyadan (I-S, I, II, III) ibarətdir.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar