AÇ: Cüdoçumuz finalda uduzdu

Haaqada keçirilən gənclər arasında cüdo üzrə Avropa çempionatının üçüncü günü arxada qalıb.

Sports.az xəbər verir, fərdi yarışların son günündə yığmamız aktivinə daha bir medal əlavə edib.

90 kq çəki dərəcəsində yarışan Vüqar Talıbov gümüş medal qazanıb. Cüdoçumuz həlledici görüşdə yerli idmançı Lars van Ostruma uduzub.

Bu, komandamızın Avropa çempionatında qazandığı 6-cı medal olub. Azərbaycan cüdoçuları ilk iki gündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanmışdılar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar