Güləş/Cüdo
DÇ: yunan-Roma güləşçilərimiz bu gün mübarizəyə qoşulacaqlar
21.09.2023 | 10:00
Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın paytaxtı Belqradda təşkil olunan lisenziya xarakterli dünya çempionatında bu gün mübarizəyə başlayacaqlar.
Sports.az xəbər verir ki, ilk olaraq 4 güləşçi çıxış edəcək.
55 kq çəki dərəcəsində gücünü sınayacaq Eldəniz Əzizli 1/8 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi yaponiyalı Tayq Onuşi olacaq.
Sənan Süleymanov (77 kq) təsnifatda Finlandiya təmsilçisi Conni Sarkkinenlə üz-üzə gələcək.
82 kq-da Rafiq Hüseynov çıxışına 1/8 finaldan başlayacaq. Onun rəqibi hələ bəlli deyil.
Beka Kandelaki (130 kq) isə 1/16 finalda gürcüstanlı Yakobi Kajaya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-dək davam edəcək.