İJF: “Vüsal Qələndərzadə də əsl döyüşçüdür”

“Bir çox azərbaycanlı idmançılar kimi, Vüsal Qələndərzadə də əsl döyüşçüdür”.

Sports.az xəbər verir ki, bunu redaktor Co Kruli Beynəlxalq Cüdo Federasiyasının (İJF) rəsmi saytında Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclərin dünya çempionatı barədə yazdığı məqalədə qeyd edib.

O, 73 kq çəki dərəcəsində dünya çempionu olan Azərbaycan cüdoçusu Vüsal Qələndərzadənin yüksəlişinə xüsusi yer ayırıb: “Azərbaycanlılar təzyiq altında olsalar da, qarşılaşma zamanı xal və ya penaltilərdə geri qalmaq kimi çətinliklərlə üzləşsələr də, heç vaxt təslim olmurlar və mübarizəni davam etdirirlər. Vüsal Qələndərzadənin finalda məğlub etdiyi Cek Yonezuka Yaponiyaəsilli olsa da, əsl amerikalıdır və yarış zamanı həm parterdə, həm “tachi-waza” bacarıqları ilə fərqlənərək, finala vəsiqə qazana bilib. Amerikalı idmançı böyüklərin sıralamasında 38-ci, gənclər arasında üçüncüdür”.

Müəllifin sözlərinə görə, həlledici dueldə hər iki cüdoçu həm diqqətli idi, həm də çox risk etmirdi: “Əsas vaxtda heç kim qalib gələ bilmədi. Əlavə vaxtın startından 10 saniyə sonra Qələndərzadə “seoi-nage” adlı hərəkət etdi. Azərbaycanlı cüdoçu Yonezukanın altına keçərək, onu kürəyinə çevirməyi bacardı və “ippon”la qalib gəldi. Bu, Vüsal Qələndərzadə üçün layiqli qələbə idi”.

Daha əvvəl Azərbaycan yığmasının heyətində Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar