Azərbaycan cüdoçularından Asiya turnirində 4 medal

Azərbaycan cüdoçuları Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya turnirində 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

Sports.az xəbər verir ki, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 3-cü, kişilər arasında isə 2-ci yeri tutub.

Azərbaycan yarışda 7 çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunub. Turnirin ilk günündə cüdoçularımız 1 gümüş medal, ikinci günündə isə 3 medal qazanıblar.

81 kq çəkidə İmamverdi Məhərrəmov yarışın gümüş medalına sahib olub. Eyni çəki dərəcəsində Məmmədrza Hacızadə 7-ci yerdə qərarlaşıb.

100 kq. çəkidə Ruslan Nəsirli bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib.

+100 kq. çəki dərəcəsində İmran Yusifov bürünc medal qazanıb. O, üçüncü yer uğrunda görüşdə həmyerlisi Camal Feyziyevi məğlub edib. Nəticədə Feyziyev yarışı 5-ci yerdə tamamlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar