Azərbaycanın 16 cüdoçusu Avropa Kubokunda iştirak edəcək
Azərbaycanın yeniyetmə cüdoçuları oktyabrın 21-22-də Latviyanın paytaxtı Riqada keçiriləcək Avropa Kubokunda iştirak edəcəklər.
Sports.az xəbər verir ki, ölkəni 7 çəki dərəcəsində 16 idmançı təmsil edəcək.
50 kq-da Bahadır Feyzullayev, Rüstəm Qasımzadə, 55 kq-da Telman Abdullayev, Nihad Məmişov, 60 kq-da Mirxaliq İskəndərov, Əhməd Rüstəmov, 66 kq-da Ümüd Qurbanov, Səid Şərifov, Səlim Sultanov, 73 kq-da Cəsur İbadlı, Əhməd Mehdiyev, 81 kq-da Mehdi Abbasov, Hüseyn Eyvazlı, Əli Qazıməmmədov, +90 kq-da isə Sübhan Axundov və Rəsul Səmədli tatamiyə çıxacaqlar.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcəklər.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim Bəhriyyə Hüseynova ədalət təmsilçiləri arasında yer alacaqlar.