Azərbaycan cüdoçularının rəqibləri bəlli oldu

23 oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinin püşkatma mərasimi keçirilib.

Sports.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri məlum olub.

Xatırladaq ki, Azərbaycan cüdo üzrə milli yığma komandası yarışda 8 çəki dərəsində 10 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.


Qadınlar
-48 kq.
Leyla Əliyeva - Mireya Lapuerta Komas (İspaniya)
-52 kq. 
Gültac Məmmədəliyeva - Annika Vurfel (Almaniya)
Aydan Vəliyeva - Çarne Qrisel (Cənubi Afrika Respublikası)
-57 kq. 
Fidan Əlizadə - Altantsetseq Batsux (Birləşmiş Ərəb Əmirlikləri)

Kişilər
-60 kq. 
Rövşən Əliyev - Ayub Bliyev (Fərdi Neytral İdmançılar)
Əhməd Yusifov – Adel Hamada (Misir)
-66 kq. 
Kəramət Hüseynov - Daiki Bouba (Fransa)
Ruslan Paşayev - Matteo Piras (İtaliya)
-73 kq. 
İbrahim Əliyev - Ayub Xazaliyev (Fərdi Neytral İdmançılar)
Rəşid Məmmədəliyev - Biaslan Blimqotov (Bəhreyn)
-90 kq. 
Elcan Hacıyev - Daniel Nieto Trinidad (İspaniya)
Vüqar Talıbov - Caxonqir Maxidov (Tacikistan)
+100 kq. 
Camal Qamzatxanov - Lukas Krpalek (Çexiya)
Uşanqi Kokauri - Yerassul Kazbayev (Qazaxıstan)
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar