Güləş/Cüdo
Azərbaycanın daha dörd cüdoçusu Əbu-Dabidə mübarizəyə başlayır
26.10.2023 | 10:30
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayacaq.
Sports.az xəbər verir ki, yarışın sonuncu günündə Elcan Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Camal Qamzatxanov və Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaq.
Daha əvvəl Leyla Əliyeva (48 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal əldə ediblər.