Azərbaycan cüdoçularından Türk Dövlətləri Universiadasında 12 medal

Azərbaycan cüdoçuları 7-8 noyabrda Qazaxıstanda keçirilən Türk Dövlətləri Universiadasının cüdo yarışlarında 3 qızıl, 2 gümüş və 7 bürünc medal əldə edərək ümumilikdə 12 medal qazanıblar.

Sports.az xəbər verir ki, cüdoçularımız yarışın ikinci günündə 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

Qızlar arasında -70 kq. çəkidə Südabə Ağayeva qızıl medal, -78 kq. çəkidə Nərmin Əmirli bürünc medal, +78 kq. çəkidə Elnarə Rəşidova gümüş medal, Nigar Süleymanova isə bürünc medal qazanıb. 

Oğlanlar arasında -90 kq. çəkidə Nihad Şıxəlizadə və -100 kq. çəkidə İlkin Baxşəliyev bürünc medal əldə edib. +100 kq. çəkidə Camal Feyziyev qızıl medala sahb olub.

Cüdoçularımıza yarışda gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edib.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Mehman İmamquliyev və İslam Nəcəfov ədalət təmsilçiləri arasında yer alıblar.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar