Güləş/Cüdo
Azərbaycan cüdoçusu Açıq Okeaniya turnirində bürünc medal qazandı
11.11.2023 | 12:27
10 noyabrda Avstraliyanın Pert şəhərində keçirilən cüdo üzrə Açıq Okeaniya turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 bürünc medal qazanıblar.
Sports.az xəbər verir ki, yarışın ilk günündə qadınlar və kişilər arasında 4 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıblar.
Qadınlar arasında -52 kq çəki dərəcəsində Aydan Vəliyeva yarışın bürünc medalını qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Gültac Məmmədəliyeva 5-ci yerə çıxıb. -57 kq çəkidə Fidan Əlizadə yarışı 7-ci yerdə tamamlayıb.
Kişilər arasında -73 kq çəkidə Nurlan Osmanov 7-ci yerdə qərarlaşıb.