5 güləşçimiz dünya çempionatının yarımfinalında

İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatı start götürüb.

Sports.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi mübarizəyə başlayıb. İdmançılarımızın hamısı yarımfinala yüksəlib.

Yarımfinalda Səid Xəlilov (48 kq) Ronit Şarma (Hindistan), Fəraim Mustafayev (55 kq) Halil Çinar (Türkiyə), Əli Əlizadə (65 kq) Məhəmməd Piani (İran), İsmayıl Rzayev (80 kq) Seyid Azərşab (İran) və Məzaim Mərdanov (110 kq) Camal Bakırla (Türkiyə) qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar