UWW 2 hakimimizin kateqoriyasını yüksəldib

Dünya Güləş Birliyi (UWW) 2 hakimimizin kateqoriyasını yüksəldib.

Sports.az xəbər verir ki, bu il verdikləri imtahandan uğurla keçən Xəyal Əliyev və Eldar Bayramov II dərəcəli beynəlxalq hakim ünvanına sahib çıxıb.

Bununla da bu kateqoriyada olan güləş referilərimizin sayı 6-ya çatıb.

Qeyd edək ki, hal-hazırda Azərbaycanın 23 beynəlxalq dərəcəli hakimi var.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar