Sənan çempion oldu, Alyona bürünc medal qazandı
Xorvatiyada güləş üzrə reytinq turniri davam edir.
Sports.az xəbər verir ki, bu gün daha 6 güləşçimiz mübarizə aparıb.
Yunan-Roma güləş
77 kq
Sənan Süleymanov türkiyəli Ahmet Yılmaz (3:1), bolqarıstanlı Aik Mnatsakanyan (2:0) və almaniyalı İdris İbayevə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə Türkiyənin digər təmsilçisi Yunus Emre Başarı (3:3) sonuncu xal prinsipinə əsasən üstələyən Süleymanov finalda macarıstanlı Joltan Levayla qarşılaşıb. Sənan hesabda 5:0 öndə olarkən rəqib zədələnib və güləşçimiz turnirin qalibi olub.
Bu çəkidəki digər təmsilçimiz Xasay Həsənli ilk mərhələdə finlandiyalı Conni Sarkkinenə uduzub – 3:8.
87 kq
İslam Abbasov 1/16 finalda macarıstanlı İştvan Takaça minimal fərqlə məğlub olub – 2:3.
Qadın güləşi
59 kq
Alyona Kolesnik ilk turda ukraynalı Alina Filipoviçə (5:2) qalib gəldikdən sonra moldovalı Mariana Esanuyə uduzub – 3:4. Kolesnik son turda macarıstanlı Nikolet Şaboyla qarşılaşıb. Alyona 0:8 hesabıyla geriyə düşsə də, əzmkarlıq nümayiş etdirib. Təmsilçimiz 11:8 hesablı qələbəylə bürünc medala sahib çıxıb.
62 kq
Birgül Soltanova təsnifat mərhələsində fransalı İriş Tibunu mübarizədən kənarlaşdırıb – 6:0. Ancaq 1/8 finalda rusiyalı Veranika İvanova keçilməz olub – 0:11.
68 kq
Elis Manolova ilk mərhələdə hindistanlı Radika Radikaya məğlub olub – 4:7.