“Böyük dəbilqə”: Azərbaycan millisinin heyəti müəyyənləşib
Cüdo üzrə Azərbaycan millisinin Bakıda keçiriləcək “Böyük dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Sports.az Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən xəbər verir ki, yarışda yığmamız 33 idmançı ilə təmsil olunacaq.
Onlardan 22-si kişi, 11-i qadın cüdoçudur.
Kişilər
60 kq: Balabəy Ağayev, Turan Bayramov, Əhməd Yusifov, Nazir Talıbov
66 kq: Yaşar Nəcəfov, Kamran Süleymanov, Rəşad Yelkiyev, İslam Rəhimov
73 kq: Hidayət Heydərov, Rəşid Məmmədəliyev, Nurlan Osmanov, İbrahim Əliyev
81 kq: Səid Mollayi, Zelim Tçkayev, Ömər Rəcəbli
90 kq: Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov
100 kq: Zelim Kotsoyev, Əjdər Bağırov
+ 100 kq: Uşanqi Kokauri, Kənan Nəsibov
Qadınlar
48 kq: Leyla Əliyeva, Könül Əliyeva
52 kq: Gültac Məmmədəliyeva, Aydan Vəliyeva, Xədicə Qədəşova
57 kq: Fidan Əlizadə, Açelya Toprak
63 kq: Aytac Qardaşxanlı
70 kq: Südabə Ağayeva, Günel Həsənli
+78 kq: Nigar Süleymanova
“Böyük dəbilqə” fevralın 16-18-i aralığında Milli Gimnastika Arenasında keçiriləcək. Hazırda 61 ölkənin yarışda iştirakı dəqiqdir.