Güləş/Cüdo
Azərbaycanı DÇ-də bu qadın güləşçilər təmsil edəcək
10.09.2022 | 15:23
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını başa vuran qadınlardan ibarət güləş millimiz bu gün dünya çempionatının keçirildiyi Serbiyanın paytaxtı Belqrada yollanıb.
Sports.az xəbər verir ki, baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 5 güləşçi ölkəmizi DÇ-də təmsil edəcək:
53 kq. Leyla Qurbanova
57 kq. Jalə Əliyeva
59 kq. Alyona Kolesnik
62 kq. Tatyana Omelçenko
65 kq. Elis Manolova
Sabah qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək. Sentyabrın 12-də Tatyana, 13-də Leyla və Elis, 14-də isə Jalə ilə Alyona mübarizəyə başlayacaq.