AÇ: Qadın güləşçilər mübarizəyə başlayır

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

Sports.az xəbər verir ki, bu gün yunan-Roma güləşində mübarizəyə yekun vurulacaq, qadın güləşçilər yarışa başlayacaqlar.

Doqquzqat Avropa çempionu Mariya Stadnik (50 kq) 1/4 finaldan yarışa qoşulacaq. 35 yaşlı idmançı Emma Lutteno (Fransa) - Milana Dadaşova (AİN) cütünün qalibi ilə üz-üzə gələcək.

Ayona Kolesnik (59 kq) də eyni raunddan mübarizəyə başlayacaq. O, Ramina Mamedova (Latviya) - Katerina Jidaçevska (Rumıniya) cütünün qalibini sınağa çəkəcək.

Yunan-Roma güləşçilərindən isə 4-ü medal qazanmağa çalışacaq. Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Ülvü Qənizadə (72 kq) final görüşünə çıxacaqlar. Onlar Avropa çempionluğu uğrunda müvafiq olaraq Viktor Çiobanu (Moldova), Ruslan Biçurin (AİN) və Səlçuk Canla (Türkiyə) qarşılaşacaqlar.

Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşə çıxacaq. Onun rəqibi Gürcüstan güləşçisi Gela Bolkvadze olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar