Federasiya prezidenti Qaxda cüdoçularla görüşdü

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Qax rayonundan olan məşqçilər və cüdoçular ilə görüşüb.

Sports.az xəbər verir ki, görüş zamanı ACF prezidentinə Qaxda 50 nəfərə yaxın gənc və yeniyetmənin cüdo ilə məşğul olduğuna dair məlumat verilib.

Federasiya prezidenti bölgədə idmançılar üçün yaradılan şəraitlə tanış olub və maddi-texniki bazanın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib, məşqçi müəllimlərin uşaqlar və yeniyetmələrlə işlərini müasir tələblərə uyğun qurmaları üçün tövsiyələrini bildirib.
Rəşad Nəbiyev cüdonun daha da kütləviləşdirilməsi ilə uşaqların, yeniyetmələrin və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişmələrinə dəstəyin göstərilməsinin Azərbaycan Cüdo Federasiyasının fəaliyyətinin əsas məqsədlərindən biri olduğunu qeyd edib.

Görüş zamanı ACF prezidenti regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparıb  və müvafiq qərarlar verilib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar