Azərbaycan güləşçilərindən ilk gündə 7 medal

Türkiyənin Antalya şəhərində yeniyetmə güləşçilər arasında "Zəfər kuboku"na start verilib.

Sports.az xəbər verir ki, 350-yə yaxın idmançının qatıldığı ənənəvi yarışın ilk günündə güləşçilərimiz də medal qazanıb.

Yunan-Roma güləşində Turan Daşdəmirovla (51 kq) Yusif Əhmədli çempion olub. Şahid Nəbiyev (45 kq) gümüş, onunla eyni çəkidə yer alan Nicat İsgəndərli və Səyyad Nağızadə (60 kq) bürünc medal əldə edib.

Sərbəst güləşdə Muhammədəli Əlizadə (51 kq) ikinci, qadın güləşində isə Günay Qurbanova (61 kq) üçüncü yeri tutub.

Beləliklə, güləşçilərimiz turnirə 2 qızıl, 2 gümüş və 3 bürünc medalla başlayıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar