Güləş/Cüdo
Azərbaycan güləşçiləri Qazaxıstanda keçirilən turnirdə 10 medal qazanıblar
13.03.2024 | 19:30
Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri keçirilib.
Sports.az xəbər verir ki, 10 ölkənin təmsil olunduğu yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən U-20 milli komandanın 10 üzvü fəxri kürsüyə qalxıb.
Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq) və Davud Məmmədov (77 kq) çempion olub. İsmayıl Rzayevlə (82 kq) gümüş Əli Quliyev (87 kq) gümüş, Hüseyn Savadovla (55 kq), Məhəmməd Şükürzadə (63 kq), Təvəkgül Həziyev (67 kq), Kənan Abdullazadə (77 kq) və Cocu Səmədov (87 kq) isə bürünc medal əldə edib.
Beləliklə, komandamız turniri 3 qızıl, 2 gümüş, 5 bürünc medalla başa vurub.