Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medalsız qaldılar

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə medal qazana bilməyiblər.

Sports.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan millinin 3 üzvü fəxri kürsüdən kənarda qalıb.

İbrahim Əliyev (73 kq) birinci, Məhərrəm İmamverdiyev (81 kq) isə ikinci görüşdə uduzub. 81 kq çəki dərəcəsindəki digər təmsilçimiz Ömər Rəcəbli ardıcıl 3 rəqibini üstələsə də, 1/4 finalda və təsəlliverici görüşdə məğlub olub.

Qeyd edək ki, Azərbaycanın yarışın ilk günündə mübarizə aparan 8 cüdosundan ikisi fəxri kürsüyə yüksəlib. Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) bürünc medal qazanıblar.

Millimiz martın 24-dək davam edəcək “Böyük Dəbilqə” turnirinə 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu ilə yollanıb.
 

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar