Güləş/Cüdo
“Böyük Dəbilqə”: Bu gün daha üç Azərbaycan cüdoçusu yarışacaq
30.03.2024 | 12:00
Türkiyənin Antalya şəhərində təşkil olunan "Böyük Dəbilqə" turnirində Azərbaycanın daha 3 cüdoçusu mübarizə aparacaq.
Sports.az xəbər verir ki, təmsilçilərimiz bu gün iki çəki dərəcəsində güclərini sınayacaqlar.
73 kq-da Vüsal Qələndərzadə Keysey Nakano (Filippin) ilə, Rəşid Məmmədəliyev isə Mark Xristovla (Bolqarıstan) qarşılaşacaq. Omar Rəcəblinin (81 kq) ilk rəqibi Joao Fernando (Portuqaliya) olacaq.
Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməyiblər. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış ediblər.