Güləş/Cüdo
Azərbaycan yığması Dubrovnik Avropa Kubokunda iştirak edəcək
05.04.2024 | 22:10
6-7 apreldə Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında Avropa Kuboku turniri keçiriləcək.
Sports.az xəbər verir ki, yarışa 29 ölkədən 375 idmançı qatılacaq.
Azərbaycan turnirdə 5 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimləri Nazim Umbayev, Arzu Acalova və Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
-48 kq.
Ramilə Əliyeva
-57 kq.
Nərgiz Hacıyeva
-63 kq.
Aytac Qardaşxanlı
-70 kq.
Südabə Ağayeva
Günel Həsənli
-78 kq.
Nərmin Əmirli