Güləş/Cüdo
AÇ: Azərbaycan millisinin ilk rəqibi bəlli oldu
17.09.2022 | 16:45
Çexiyanın paytaxtı Praqada təşkil olunan gənc cüdoçular arasında Avropa çempionatında sabah qarışıq komanda yarışı baş tutacaq.
Sports.az xəbər verir ki, Azərbaycan yığması mübarizəyə təsnifatdan başlayacaq.
Startdakı rəqib Avstriya kollektivi olacaq. Görüşün qalibi 1/4 finalda Gürcüstan millisi ilə qarşılaşacaq.
Komanda yarışında ümumilikdə 12 komanda iştirak edəcək.