Güləş/Cüdo
Cüdoçularımız Berlin Avropa Kubokunda birinci yeri tutdu
14.04.2024 | 21:33
14 apreldə Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.
Sports.az xəər verir ki, cüdoçularımız turnirdə ümumilikdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda və oğlanlar arasında isə 1-ci yeri tutub.
Yarışın ikinci günündə oğlanlar arasında -73 kq., -81 kq. və +90 kq. çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə çıxıb.
-73 kq. çəkidə Cəsur İbadlı gümüş medal əldə edib. -81 kq. çəkidə Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov isə bürünc medal qazanıb. +90 kq. çəkidə Sübhan Axundov 5-ci yerdə qərarlaşıb.