“Avropa çempionu olmaq xəyalım idi” - Hacıyev

“Avropa çempionu olmaq xəyallarımdan biri idi”.

Sports.az xəbər verir ki, bunu Xorvatiyanın paytaxtı Zaqrebdəki qitə yarışında qızıl medal qazanan Azərbaycan cüdoçusu Elcan Hacıyev deyib.

90 kq çəki dərəcəsində mübarizə aparan idmançı çempion olacağına çox inandığını bildirib: "Arenaya girəndə özümü hazır hiss edirdim. İlk görüşüm bir az çətin çətin keçdi. Komanda yoldaşlarım, məşqçilər mənə güvənirdilər. Çox xoşbəxtəm, mənim günüm oldu".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını 3 medalla başa vurub. Elcan Hacıyevdən başqa Hidayət Heydərov (73 kq) qızıl, Balabəy Ağayev (60 kq) gümüş mükafat əldə ediblər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar