Azərbaycanı Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək

Azərbaycanı mayın 4-5-də Göygöldə yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda 147 cüdoçu təmsil edəcək.

Sports.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanın ikinci dəfə ev sahibliyi edəcəyi turnirə Fransa, Xorvatiya, Serbiya, Gürcüstan, Sloveniya, Yunanıstan, İtaliya, Özbəkistan, Qırğızıstan, Türkiyə, Ukrayna, Qazaxıstan, Lüksemburq və fərdi neytral idmançılar olmaqla 400-ə yaxın cüdoçu qatılacaq.

Ölkəmizi Göygöl Olimpiya İdman Kompleksində keçiriləcək Avropa Kubokunda 16 çəki dərəcəsində 102 oğlan və 45 qız təmsil edəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar